Azərbaycan Premyer Liqanının V turunda “Zirə” ilə qarşılaşmada (2:0) zədələnərək matçı yarımçıq tərk edən "Qarabağ"ın futbolçuları Muarem Muarem və Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib.
Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, hər iki oyunçunun zədəsinin ciddi olmadığı müəyyənləşib. Onlar dünəndən etibarən komanda ilə məşqdə iştirak ediblər.
Komandanın digər zədəli futbolçusu Bədavi Hüseynov da fərdi məşqləri yekunlaşdıraraq kollektivlə çalışmalara başlayıb.