“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatında onun Kiyev “Dinamo”suna keçəcəyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən təcrübəli mütəxəssis bunu şaiyə adlandırıb.
Qriqorçuk qeyd edib ki, bu cür söz-söhbətlər zaman-zaman mediada çıxır: “Belə söz-söhbətlər hər zaman olur. Buna şərh vermək istəmirəm. Bunu hörmətsizlik kimi qəbul etməyin”.