Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 5-cü turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.
Azərbaycan Premyer Liqasının V turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ” – “Zirə” matçında “Zirə” klubunun baş məşqçisi Adil Şükürov oyunsonrası mətbuat konfransına gecikdiyinə görə xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ağır cərimə olunacaqdır