Bu gün Azərabaycan Premyer Liqasında 5-ci turun son iki oyunu keçiriləcək. Turun son oyun günündə "Qəbələ" doğma meydanda AZAL-ı, "Qarabağ" isə "Zirə"ni qəbul edəcək.
Sportarena.az xəbər verir ki, futbolsevərlər sözügedən qarşılaşmaları "CBC Sport" kanalı vasitəsilə canlı izləyə biləcəklər.
Qeyd edək ki, hər iki matç saytımız vasitəsilə canlı yayımlanacaq.
18:00 Qəbələ - AZAL - CBC Sport
20:00 Qarabağ - Zirə - CBC Sport