Sabah Premyer Liqanın 5-ci turunda keçiriləcək "Qəbələ" - AZAL matçına ev sahibi komanda iki ciddi itki ilə çıxacaq.
Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar" yarımmüdafiəçiləri Elvin Camalov və Nika Kvekveskirinin köməyindən yararlana bilməyəcəklər. Belə ki, zədə səbəbindən hər iki futbolçu "təyyarəçilər"ə qarşı oynamayacaq.
Qeyd edək ki, "Qəbələ" - AZAL matçı sabah saat 18:00-da keçiriləcək.