Bu gün Azərbaycan Premyer Liqasında V tura start veriləcək.
Sportarena.az xəbər verir ki, turun ilk oyun günündə 2 görüş keçiriləcək.
Günün ikinci oyunu “İnter Arena”da keçiriləcək. Son turda biabır olan “Neftçi” 4 turdan sonra ikinci pillədə qərarlaşan “İnter”in qonağı olacaq. Paytaxt derbisi Elxan Abdullayevin “Neftçi”dəki debütu ilə yadda qalacaq.
20:00 “İnter” – “Neftçi” 2:1
Qollar: Araz Abdullayev, 67-pen (0:1), Rauf Əliyev, 87 (1:1), 90+2 (2:1)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Akif Əmirəli, Elman Musayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
“İnter Arena”