Bu gün Azərbaycan Premyer Liqasında V tura start veriləcək.
Sportarena.az xəbər verir ki, turun ilk oyun günündə 2 görüş keçiriləcək.
Turun açılış matçı Sumqayıtda oynanılacaq. Eyniadlı komanda “Kəpəz”lə görüşəcək. Ötən tur mövsümdə ilk qələbəsini qazanan Gəncə klubu yenə də eyni uğuru təkrarlamaq fikrindədir. “Sumqayıt” isə ardıcıl 3 məğlubiyyətdən sonra xal qazanmağa çalışacaq.
18:00 “Sumqayıt” - “Kəpəz” 1:1
Qollar: Vaqif Cavadov, 69, (1:0), Kərim Diniyev, 71, (1:1)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Kərim Ağayev
“Kapital Bank Arena”