"Zirə"nin U-19 komandasını daşıyan avtobus qəzaya uğrayıb.
Hadisə ötən gün Zirə - Türkan yolunda baş verib.
Hadisəyə piyadanın avtomobillərin hərəkət yoluna çıxması səbəb olub. Qarşıdakı avtomobil piyadanı vurmamaq üçün "Zirə"nin avtobusunun yoluna çıxıb. Amma həm piyadanı vurub, həm də klub avtobusu ciddi ziyan görüb. Hətta piyadanın öldüyü deyilir.
Avtobusdakı futbolçu və məşqçilərdən xəsarət alanın olmadığı bildirilir.