Üzgüçülərimiz finala yüksəldilər

17:58 17 Sentyabr 2016

Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında Azərbaycan idmançıları da iştirak ediblər.


Təsnifat mərhələsinin ilk qrupunda mübarizə aparan Dmitri Saley məsafəni 0,81 saniyəyə qət edərək birinci olub və finala yüksəlib. Digər üzgüçümüz Roman Saley isə üçüncü qrupda yarışıb. Məsafəni 0,73 saniyəyə qət edən üzgüçümüz ikinci olub və həlledici mərhələyə vəsiqə qazanıb.


Qeyd edək ki, təsnifat mərhələsində ilk səkkiz yerdə qərarlaşan üzgüçülər finala yüksəliblər.


Xəbər xətti