Qriqorçuk Araz Abdullayevə xəbər, Qurban Qurbanov təklif göndərdi

18:10 13 Sentyabr 2016

"Transfer pəncərəsi"nin son günü - avqustun 31-də "Astra"ya keçidi alınmayan Araz Abdullayeva daha iki təklif gəlib. Ruslan Qurbanova görə "Neftçi"yə 100 min manat ödəyən "Qəbələ" ona da dəvət göndərib.


Sportarena.az xəbər verir ki, Roman Qriqorçuk millinin yarımmüdafiəçisi ilə şəxsən görüşməsə də, xidmətində maraqlı olduğunu, daim əsas heyətdə oynadacağını xəbər göndərib.


Ən cazib təklif isə "Qarabağ"dandı. Qurban Qurbanov "Neftçi"də ruhu deyil, cismi qalan Abdullayevi qışda öz yanında görmək istəyir. Bu, ağdamlıların təcrübəli çalışdırıcının ilk belə cəhdi deyil. O, 2009-cu ildən bəri Arazı "Qarabağ"a gətirməyə çalışır.


Bu keçid baş tutsa, yığmanın üzvü son 3 ölkə çempionatının qalibinin heyətdə "Neftçi"dən az qazanmayacaq. Əslində, özü də "Qarabağ"la anlaşmaqda maraqlıdı. Klub rəhbərliyi ona görə "Astra"dan təzminat istəməmişdisə, yəqin ki, "Qarabağ"dan müəyyən məbləğ tələb edəcək. 
Sportinfo.az


Digər xəbərlər

Xəbər xətti