Abasov: "Kim istəməz ki, legioner gətirsin?"

00:10 12 Sentyabr 2016

“Axırıncı oyunumuzu 1 ay öncə keçirmişdik. Qorxumuz bu idi ki, futbolçular bu görüşə həyəcanla çıxmasınlar”. Bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
 
Azərbaycan Premyer Liqasının IV turunda “İnter”i qəbul edən “gənclik şəhəri” təmsilçisi 1:2 hesabı ilə məğlub olub.
 
Oyundan sonra keçirilən mətbuat konfransında Abasov fikirlərini bu sözlərlə davam etdirib: “İnter”in standart vəziyyətlərindən qorxurduq. Onlara qarşı oynaya bilmədik. Çempionatın əvvəlindəcə fasilə olmasaydı, bəlkə də başqa cür olardı”.
 
- Ağabala Ramazanovun vurduğu qolun sevincini çılğınlıqla qeyd etməsi sizə qəribə gəlmədi?
- Ağabala qol vurubsa, sevinməlidi. Hazırda “İnter”in futbolçusudu, bu klub üçün can qoyur.
 
- Düşünmürsüz ki, legionersiz bu komandaya çətin olacaq? Bəlkə rəhbərliklə danışasız?
- Bu, ən vacib məsələdi. Eləmirlərsə, deməli, fikir azərbaycanlı futbolçuların oynadılmasıdı. Olmayan şeydən danışmaq istəmirəm. Kim istəməz ki, legioner gətirsin? Sizinlə razıyam.

apasport.az


Digər xəbərlər

Xəbər xətti