"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının IV turunda "Kəpəz"ə 0:2 hesabı ilə uduzduqları oyunu dəyərləndirib.
Sportarena.az xəbər verir ki, gənc mütəxəssis Gəncə komandasının meydanda daha yaxşı təsir bağışladığını vurğulayıb.
"Rəqib qələbəyə daha çox istəkli idi. Buna görə də 3 xalı onlar qazandılar" deyən Şükürov komandasının oyunundan razı qalmadığını söyləyib: "Kiminsə adını xüsusi çəkmək istəməzdim. Komanda şəkilində pis oynadıq".
Baş məşqçi ehtiyat qapıçı Kamal Bayramovun səbəbkarı olduğu insidentə də toxunub: "Kamalla oyun vaxtı söhbətim oldu. Bakıya qayıdandan sonra da bir daha danışacağam.(sportnet.az)