"Zirə"nin futbolçusu tarixə düşdü

18:58 11 Sentyabr 2016

Azərbaycan Premyer Liqasının IV turu daha bir futbolçunun 250-ci oyununu keçirməsi ilə əlamətdar olub.
 

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, II turda Samir Zərgərov, III turda Ruslan Əmircanov buna nail olmuşdusa, bu dəfə Viktor İqbekoyi 250-ni fəth edib. “Zirə”nin futbolçusu “Kəpəz”lə səfər matçında yubileyini qeyd edib.
 

2006-cı ildən Azərbaycanda çıxış edən nigeriyalı 11-ci mövsümdür oynadığı Premyer Liqada “Turan”, “Qarabağ”, AZAL və “Zirə”nin şərəfini qoruyub.
 

250 matçda 47 qol vuran afrikalı buna nail olan 51-ci oyunçu kimi tarixə düşüb. İqbekoyi Azərbaycan çempionatında ən çox oyun keçirən 3 legionerdən biridir. “Zirə”nin futbolçusunadək yalnız milliləşənlər – ukraynalı Aleksandr Çertoqanovla rusiyalı Arif Daşdəmirov 250-ni arxada qoymuşdu.


Digər xəbərlər

Xəbər xətti