Ruslan Qurbanov: "Mən bunu edə bilməzdim"

00:54 11 Sentyabr 2016

"Qəbələ"nin hücumçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində sabiq klubu "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. 


Sportarena.az xəbər verir ki, millimizin də şərəfini qoruyan futbolçu 8:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- Etiraf edim ki, 8:0 hesabıyla qalib gələcəyimizi gözlәmirdik. Buna baxmayaraq sevinirәm ki, "Neftçi" kimi rәqibi belә hesabla udduq.


- Oyundan әvvәl dә qeyd etmişdin ki, fәrqlәnәcәyin tәqdirdә bunu xüsusi qeyd etmәyәcәksәn...
- Mәn bunu edә bilmәzdim. "Neftçi' mәnim bu sәviyyәyә yüksәlmәyimdә әsas pay sahibidir. Bu komandanın azarkeşlәrinә vә rәhbәrliyinә böyük hörmәtim var.


- Necә hesab edirsәn, nәticәnin acınacaqlı olmasında Vәli Qasımovun yoxluğu nә dәrәcәdә rol oynadı?
- Buna zәrrә qәdәr şübhәm yoxdur. Vәli müәllimә "yastığınız yüngül olsun" deyirәm. Ona tezliklә komandanın sükanı arxasına qayıtmağı arzulayıram.


- Qarşıdan Avroliqa oyunu gәlir. Aydın mәsәlәdir ki, Belçika "Anderlext"i ilә "Neftçi"ni müqayisә etmәk olmaz...
- "Anderlext" nәinki Belçikanın, Avropanın top komandasıdır. Bacardığımızın әn yaxşısını ortaya qoyacağıq ki, siz jurnalistlәri mәmnun edәk, Azәrbaycan futbolsevәrlәrini sevindirәk.
​(futbol11)


Digər xəbərlər

Xəbər xətti