Azərbaycan Premyer Liqasının IV turunda Gəncə şəhər stadionunda “Zirə”ni qəbul edəcək “Kəpəz” bu gün Gəncəyə gəlib. Q
Sportarena.az xəbər verir ki, qarşıdakı oyun üçün hazırlığın əsas hissəni Bakıda keçirən “sarı-göylər” matç öncəsi son məşqinə Nizami yurdunda çıxıb. Təxminən 50 dəqiqə sürən hazırlıq prosesi isinmə hərəkətləri ilə başlayıb. Daha sonra futbolçular topla məşq ediblər. Bu zaman qapıçılar fərdi hazırlıqla kifayətlənib. Məşqin son bölümündə isə komanda taktiki çalışmalar üzərində işləyib.
Onu da qeyd edək ki, “Kəpəz”in heyətində bir zədəli futbolçu var. Bu, Tural Nərimanovdur. Müdafiəçi zədəli olduğundan oyunu buraxmaq məcburiyyətində qalıb