Şəhriyar Əliyev: "Oyunun mahiyyətini bilirik"

18:47 9 Sentyabr 2016

Azərbaycan Premyer Liqasında DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbindən yaranan fasilə başa çatır. “Kəpəz” IV tur çərçivəsində Gəncədə “Zirə”ni qəbul edəcək. 


Sportarena.az xəbər verir ki, qarşıdakı oyunla “sarı-göylər”in futbolçusu Şəhriyar Əliyev klubun  saytına açıqlama verib: “Fasilə dövründən maksimum istifadə etməyə çalışdıq. Müddət çox olsa da, oyun təcrübəsini itirməmək üçün iki yoxlama matçı keçirdik. Belə görüşlərdə nəticə önəmli deyil, əsas olan oynadığımız futboldur. Komanda qarşıdakı çempionat oyununa yaxşı hazırlaşır. Oyunun mahiyyətini bilirik, ona görə də bütün fikrimiz məşqlərə yönəlib. Çempionatda ilk qələbəmizi qazanmaq istəyirik. Bu qələbə həm də bizə turnir cədvəlində yerimizi yaxşılaşdırmağa imkan verəcək”. 


Digər xəbərlər

Xəbər xətti