Braziliyada keçirilən 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları davam edir.
Bu gün daha 4 idmançımız mübarizəyə qoşulacaq.
73 kq çəkidə cüdoçumuz Ramil Qasımov1/4 finaldaCerardo Rodriqes (Kuba) - Rodolfo Ramires (Argentina) cütünün qalibi ilə qarşılaşacaq. 81 kq-da mübarizə aparacaq Rövşən Səfərovun 1/8 finaldakı rəqibi Aleksandr Kazloy (Berlus) olacaq..
Qadın cüdoçulardan Səbinə Abdullayeva 57 kq çəkidə 1/4 finalında azərbaycanlı paralimpiyaçı yaponiyalı Junko Hiroseni məğlub etməyə çalışacaq.
Cüdo yarışlarına Bakı vaxtı ilə saat 17:00-da başlayacaq
Yelena Taranova 10 metr məsafəyə atəşaçmada qüvvəsini sınayacaq. Yarışlara saat 16:30-da start veriləcək.
100 metr məsafəyə qaçışın yarımfinalına yüksələn Yelena Çebanu saat 19:08-də start xəttində olacaq.
Qeyd edək ki, XV Yay Paralimpiya Oyunlarının ilk günündə Azərbaycan bir medal qazanıb. 66 kq çəki dərəcəsində çıxış edən cüdoçu Bayram Mustafayev finalda uduzaraq gümüş medal qazanıb.