FİFA rəsmən açıqladı - Bakı "İnter"inə transfer etmək qadağan edildi

17:32 8 Sentyabr 2016

Bakının "İnter" klubu FİFA tərəfindən cəzalandırılması ilə bağlı rəsmi məlumat yayıb.


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 06.09.2016-cı il tarixdə faksla göndərilmiş FİFA-nın 26.05.2016-cı il tarixli qərarına əsasən, “İnter”ə növbəti iki transfer pəncərəsində yeni futbolçu almaq qadağan edilib.


Qadağa müddəti 2016-2017-ci il mövsümünün qış, 2017-2018-ci il mövsümünün isə yay transfer dövrlərini əhatə edəcək.


Digər xəbərlər

Xəbər xətti