“Atletiko”nun baş məşqçisi Dieqo Simeone hazırkı klubunu tərk etmək qərarına gəlib.
O, 2018-ci ilin yayında, qüvvədə olan müqaviləsinin başa çatmasına 2 il qalmış komandadan gedəcəyini açıqlayıb.
Xatırladaq ki, argentinalı mütəxəssis 2015-ci ildə “Atletiko” ilə müqaviləsinin müddətini 2020-ci ilin yayına qədər uzadıb.
Əlavə edək ki, Simeone “Atletiko”da 2011-ci ildən çalışır. Onun rəhbərliyi dövründə Madrid təmsilçisi İspaniya çempionu, ölkə kuboku və superkubokunun, Avropa Liqası və UEFA superkubokunun qalibi olub, iki dəfə isə komandası Çempionlar Liqasının finalına çıxarıb.