"Real" eyllə yeni müqavilə imzalayır

17:33 4 Sentyabr 2016

İspaniyanın "Real" klubu uelsli hücumçusu Qaret Beylə yeni müqavilə təklif etməyə hazırlaşır.


Sportarena.az xəbər verir ki, yeni müqavilənin müddəti 6 il olacaq. Beylin bu müqaviləni qəbul edəcəyi təqdirdə məvacibinin artacağı da gözlənilir.


O, hazırda "Real" klubunda həftəyə 300 min funt qazanır. Yeni müqaviləyə əsasən onun qazancı 350 min funt olacaq.


Qeyd edək ki, Beyl 2013-cü ildən "Real" klubunun şərəfini qoruyur.  27 yaşlı futbolçu bu müddət ərzində "Real"ın heyətində meydana çıxdığı 125 görüşdə 60 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti