"Sumqayıt"ın yay transfer pəncərəsində "Neftçi"dən heyətinə qatdığı Məhəmməd Qurbanov zədəsini sağaldıb.
Sportarena.az xəbər verir ki, qasıq nahiyəsindən əməliyyat olunan futbolçu artıq sağalıb. Uzun müddətdir ki, yaşıl meydanlardan uzaq qalan futbolçunu artıq məşqlərə başlayıb.
Lakin futbolçunun qarşıdakı bir neçə turda forma geyməyəcəyi gözlənilir.