Gürcüstanda keçirilən təlim-məşq toplanışı zamanı "İnter"in heyətində ciddi itki baş verib.
Sportarena.az xəbər verir ki, "Samtredia" klubu ilə yoxlama görüşündə "bankirlər"in aparıcı futbolçusu Adrian Skarlatake zədələnib. Rumıniyalı müdafiəçi 2-3 həftəlik sıradan çıxıb.
Məlumata görə Skarlatake 4-cü turda "İnter"in "Sumqayıt"la keçirəcəyi matçı da buraxmalı olacaq.