Ruslan Qurbanovdan şok açıqlama: "Neftçi"də mənə it kimi yanaşdılar"

10:36 1 Sentyabr 2016

"Qəbələ"nin yeni transferi Ruslan Qurbanov şəxsi "facebook" səhifəsində maraqlı status paylaşıb.
 

Sportarena.az xəbər verir ki, millimizin hücumçusu "Neftçi"də çətin vəziyyətlə üzləşdiyini və bu haqda danışmaq istəmədiyini bildirib: 

 

"Qəbələ"yə keçidimi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Eləcə də mənə dəstək olmayanlara minnətdaram. Həmçinin "Neftçi" fanatlarına təşəkkürüm var. Onlar hər zaman qəlbimdə olacaqlar. Hər kəsin məni anlayacağını fikirləşirəm. Mənə qarşı haqsızlıq edildi və it kimi yanaşıldı. Bu, artıq son olduğundan, "Qəbələ"yə keçmək qərarına gəldim. Eləcə də "Neftçi"nin Müşahidə Şurasına minnətdaram ki, keçidimə maneçilik törətmədilər.
 

Roman Qriqorçukla birgə çalışmağı arzulayırdım. Bir daha mənə dəstək olanlara təşəkkürümü bildirirəm. "Neftçi”yə yaxşı günlərim olub. "Qəbələ"yə keçməsəydim, Avropaya yollanardım. Mənimlə Avstriyanın "Şturm" klubu, eləcə də Xorvatiya komandaları maraqlanırdı. İstəmirəm ki, "Neftçi" azarkeşləri mənə qarşı kin saxlasınlar. Hesab edirəm ki, onlar mənim hansı səbəbdən "Neftçi"ni tərk etdiyimi anlayacaqlar. Mənim əməyimi qiymətləndirməyən insanlar oldu. Halbuki 18 qol vurmuşdum. Hər kəsə təşəkkürlər!"


Digər xəbərlər

Xəbər xətti