“Neftçi” PFK-nın müdafiəçisi Jairo onunla bağlı yayılan məlumatlara münasibət bildirib.
Sportarena.az xəbər verir ki, braziliyalı futbolçu klubun rəsmi saytına açıqlamasında bunları deyib:
“Bu ilin sonunda “Neftçi”dən gedəcəyim xəbərini oxuyanda çox təəccübləndim. Bu məlumat həqiqəti əks etdirmir. Mən “Neftçi”dəyəm və müqaviləmin müddəti başa çatanadək burada qalacağam. Bizim çox gözəl kollektivimiz var. Komandamızın uğurları üçün birlikdə əlimizdən gələni etməyə çalışacağıq. “Neftçi”də xoşbəxtəm”.