"Zirə" "Qarabağ"ın futbolçusunu transfer etdi - RƏSMİ

13:44 30 Avqust 2016

“Zirə”də transfer çalışmaları davam edir. 


Sportarena.az xəbər verir ki, "qartallar" daha bir futbolçu ilə güclənib. Belə ki, komanda Cavid Tağıyevlə razılığa gəlib. Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.


Qeyd edək ki, Cavid Tovuzun “Rote Fahne” və “Turan” klubları ilə yanaşı, AZAL-ın da formasını geyinib. Futbolçu son mövsümü “Qarabağ”da keçirib. Tağıyev həmçinin, futbol üzrə milli komandamızın şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti