"Qarabağ" Serbiya millisinin üzvünü transfer edir

12:59 30 Avqust 2016

"Qarabağ” növbəti transferini reallaşdırmağa hazırlaşır. 


Sportarena.az xəbər verir ki, söhbət Boyan Şaranovdan gedir. 
 

Bu barədə futbol11.az saytına "Partizan” klubundan məlumat veriblər. Hazırda tərəflər arasında danışıqlar davam etdirilir. 
 

Qeyd edək ki, Serbiya millisinin üzvü karyerasına "Belqrad” klubunda başlayıb. O, "Belqrad”ın futbolçusu kimi "Makva Sabac”, "Bezaniya” və "Rudar” klublarında icarə əsasında çıxış edib. Şaranov daha sonra "Makkabi” (Hayfa) və "Erqotelis” klublarının şərəfini qoruyub. 


Digər xəbərlər

Xəbər xətti