"Zirə" paraqvaylı yarımmüdafiəçi transfer etdi - RƏSMİ

18:21 29 Avqust 2016

“Zirə” heyətinə daha bir legioner cəlb edib. 


Sportarena.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli "qartallar"ın şərəfini qoruyacaq. Futbolçu ilə 1 illlik müqavilə imzalanıb.


Karyerasına İtaliyanın “Çezena” klubunda başlayan Sezar bundan sonra icarə əsasında İspaniyada “Alaves” və İtaliyada “Paviya” klublarında icarə əsasında çıxış edib. 


Futbolçu son mövsüm ölkəmizdə “İnter”in formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti