Gürcüstanda təlim-məşq toplanışında olan "İnter” yoxlama matçında qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, "bankirlər” Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olmuş "Samtredia" ilə qarşılaşıb.
Zaur Svanadzenin yetirmələri rəqibini 2 cavabsız qolla məğlub edib. "İnter"in heyətində Slavik Alxasovla Samir Zərgərov fərqlənib.