"Qarabağ" birinci divizion klubu ilə qarşılaşacaq

16:31 25 Avqust 2016

"Zaqatala" klubu təlim-məşq toplanışı çərçivəsində Bakıya yola düşüb.


Sportarena.az xəbər verir ki, I divizion təmsilçisi təlim-məşq toplanışı zamanı 3 yoxlama görüşü keçirəcək. Zaqatala təmsilçiləri ilk olaraq I divizonun debütantı "Səbail" klubu ilə, daha sonra "Şərurspor" və "Qarabağ" klubları ilə görüşdə qüvvəsini sınayacaq. Keçiriləcək görüşlər müvafiq olaraq avqustun 27, 29 və sentyabrın 1-i baş tutacaq.

 

Məlumat üçün bildirək ki, "Zaqatala" futbol klubunun prezidenti Musa Qurbanov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun qardaşıdır. Musa Qurbanov biznesindən qazandığının bir hissəsini kluba sərf edir. Q.Qurbanov isə komandaya hər ay 5 min dollar yardım edir.


Digər xəbərlər

Xəbər xətti