AZAL futbol klubu milli komanda ilə oynayacaq

12:54 25 Avqust 2016

Milli komandanın təlim-məşq toplanışı ilə bağlı Azərbaycan Premyer Liqasında yaranmış fasilədən səmərəli istifadə etməyə çalışan klublarımız yoxlama matçlarında qüvvələrini sınamaq niyyətindədir.


Sportarena.az xəbər verir ki, üç turdan sonra aktivindəki bir xalla turnir cədvəlinin son pilləsində qərarlaşan AZAL da fasilədən yararlanmaq istəyir. Tərlan Əhmədovun komandası bir neçə yoxlama matçında qüvvəsini sınamağı planlaşdırır.


Şüvəlan təmsilçisinin sınaqçı rəqiblərindən biri artıq məlumdur. Belə ki, AZAL 21 yaşlılardan ibarət milli komandamızla hazırlıq matçında üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti