Vəli Qasımov istefaya göndərilir

00:13 24 Avqust 2016

Avrokuboklarla erkən vidalaşan, Premyer Liqanın son 2 həftəsində məğlubiyyətlə üzləşən "Neftçi"nin mövacud vəziyyəti SOCAR-da narahatlıqla qarşılanıb. 


Sportarena.az sportinfo.az-a istinadən xəbər verir ki, neft şirkəti Vəli Qasımovun ən qısamüddətdə vəzifədən uzaqlaşdırılmasını qətiləşdirib. 


Dünəndən baş məşqçi postuna namizədlərlə görüşmələrə start verilib. AFFA prosesdən kənarda qalmayıb. Axtarışlar onlarla birgə, daha doğrusu, onların məsləhəti ilə davam etdirilir. Artıq 2 mütəxəssislə bu yöndə geniş fikir mübadiləsi aparılıb.


Vəli Qasımov isə inadından dönmür. O, uğursuzluqlarda özünü bir nömrəli səbəbkar görmür. hazırkı baş məşqçiyə görə, transfer çalışmaları vaxtında reallaşsaydı və maliyyə problemləri yaranmasaydı, komanda geridən-geriyə düşməzdi.


Digər xəbərlər

Xəbər xətti