Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "İnter" bu gün gecə saatlarında Gürcüstana yola düşür.
Sportarena.az xəbər verir ki, Tbilisinin "Bomond Garden" otelində məskunlaşacaq komanda təlim-məşq toplanışı çərçivəsində iki yoxlama matçı keçirməyi planlaşdırır. Zaur Svanadzenin yetirmələri avqustun 28-də "Samtredia", sentyabrın 1-də isə "Tsxinvali" ilə qarşılaşacaq.
Qeyd edək ki, sentyabrın 2-də Vətənə qayıdacaq "İnter" növbəti tura hazırlıqlarını Bakıda davam etdirəcək.