Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının III turunun “İnter” – “Kəpəz” matçında “İnter” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.