Bu gün Azərabaycan Premyer Liqasının III turunda "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq.
Sportarena.az xəbər verir ki, sözügedən matçda Ağdam təmsilçisi hücumçusu Dino Ndlovunun xidmətində istifadə edə bilməyəcək. Buna səbəb "Qarabağ"ın cənubi afrikalı hücumçunun adını PFL-in iştirak ərizəsinə daxil etməməsi olub.
Qeyd edək ki, Dino Ndlovu "Qarabağ"ın heyətində debüt etməyib.