Gürcüstan yığmasının baş məşqçisi Vladimr Vayss dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyunu üçün heyəti açıqlayıb.
Sportarena.az xəbər verir ki, baş məşqçinin hazırladığı 28 nəfərlik siyahıda "Qəbələ"nin yarımmüdafiəçisi Nika Kvekveskirinin də adı yer alıb.
Qeyd edək ki, avqustun 29-da toplaşacaq Gürcüstan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ilk oyununu sentyabrın 5-də Avstriyaya qarşı keçirəcək.