"Sumqayıt"ın 2 zədəlisi məşqlərə başladı

18:15 17 Avqust 2016

Azərbaycan Premyer Liqasının növbəti turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu 3 günlük istirahətin ardından məşqlərə start verib.


Sportarena.az xəbər ki, komanda bu günü iki məşqlə başa vuracaq. Artıq "Sumqayıt" FK baş məşqçi Samir Abasovun rəhbərliyi altında səhər məşqini keçirib. "Kapital Bank Arena"da baş tutan hazırlıq prosesində komanda həm fiziki, həm də taktiki çalışmalar üzərində çalışıb. İlk iki turda zədə səbəbindən meydana çıxa bilməyən müdafiəçimiz Bəxtiyar Həsənalızadə artıq tam gücü ilə məşqlərə başlayıb. Maqomed Kurbanov və Mikayıl Rəhimov isə zədə səbəbindən məşqlərdə iştirak etməyib.


Qeyd edək ki, "Sumqayıt" FK-nın axşam məşqçi saat 18:30-da olacaq.


Digər xəbərlər

Xəbər xətti