"Kəpəz"də növbəti itki

00:06 17 Avqust 2016

AZAL-la Gəncədə keçirilən oyundan öncəki məşqdə zədələnən Azad Kərimov “Kəpəz”in hazırlığında iştirak edə bilmir.


Sportarena.az xəbər verir ki, baldır ayaq oynağı, eyni zamanda vətər və bağları dartılan gənc müdafiəçi bu üzdən komandadan kənarda qalıb. Azadın müalicəsi davam etdirilir.


“Sarı-göylər”in daha bir üzvü Renan da Silva Alves də zədələnib. Futbolçu AZAL-la oyunda sıradan çıxıb. Kərimovla müqayisədə braziliyalının zədəsi ciddi deyil.


Digər xəbərlər

Xəbər xətti