Azərbaycan Premyer Liqasının III turunda Bakıda “İnter”in qonağı olacaq “Kəpəz” dünəndən bu matçın hazırlığına start verib.
Sportarena.az xəbər verir ki, bir günlük istirahətdən sonra Bakıda bir araya gələn “sarı-göylər”in məşq planına əsasən, bu gün və sabahkı çalışmalar “Dalğa Arena”nın süni örtüklü meydançasında olacaq. Hər iki hazılıq prosesinin başlama vaxtı eynidir – saat 18:30.
“Kəpəz”in son məşqi isə oyuna ev sahibliyi edəcək “İnter Arena”da keçiriləcək. Komanda avqustun 18-də saat 17:30-da adı çəkilən stadionda məşqə çıxacaq.