“Neftçi” PFK-nın futbolçusu Vançe Şıkov Makedoniya milli komandasına dəvət olunub.
Sportarena.az xəbər verir ki, təcrübəli müdafiəçi dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də keçiriləcək Albaniya – Makedoniya oyununa çağırılıb.
Qeyd edək ki, Vançe Şıkov 2007-ci ildən formasını geyindiyi Makedoniya milli komandasının heyətində 49 oyunda 4 qola imza atıb.