Premyer Liqanın 3-cü turunda "Qəbələ"nin qonağı olacaq "Sumqayıt" klubu matça itki ilə çıxa bilər.
Sportarena.az xəbər verir ki, komandanın əsas futbolçusu Vaqif Cavadov xəstələnib. Təcrübəli futbolçu komandanın bir neçə məşqində də iştirak etməyib.
Lakin Cavadov avqustun 21-də keçiriləcək qarşılaşmaya hazır olacağı gözlənilir.