Quba şəhərində keçirlmiş və AFFA tərəfindən təşkil olunmuş 2001-ci il təvəllüdlü futbolçuların seleksiya toplanışı və onun çərçivəsində təşkil olunmuş turnir başa çatıb
Sportarena.az xəbər verir ki, ilk matçda Sumqayıt komandası üzərində qələbə qazanan "Xəzər Lənkəran" futbolçuları daha iki qarşılaşmada da uğurlu nəticə əldə edə biliblər. Belə ki, Şimal yığması ilə 2:2 hesablı heç-heçə oynadıqdan sonra Qərb yığmasını məğlub edərək (2:0) turniri qalib şəklində başa vurublar.