Vəli Qasımov: "Zirə" bizim üçün narahat komandadır"

23:11 14 Avqust 2016

"İlk növbədə "Zirə"ni qələbə münasibətilə təbrik edirəm. "Zirə" bizim üçün ötən mövsümdən narahat komandadır". 

Bu fikirləri "Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycan Premyer Liqasında "Zirə"yə 0:1 hesabı ilə uduzduqları ev oyunundan sonra "CBC Sport"a açıqlamasında bildirib. 

Onun fikrincə, komandası yaxşı oynasa, qol vurmağa çalışsa da, istəyinə çata bilməyib: "Oyuna hər iki hissədə nəzarət etsək də, qol vura bilmədik. Bu, bizim üçün problemdir".   

Qasımov ikinci hissədə meydana yeni əcnəbi hücumların çıxışına belə qiymət verib: "Əlbəttə ki, onların oyununda razı qalmadım. İlk növbədə onu nəzərə alaq ki, fiziki cəhətdən hələ tam hazır deyillər. Bu üzdən ikinci hissədə meydana çıxdılar. Onlardan yaxşı oyun gözləyirlər, Hesab edirəm ki, hücumda bizə kömək edəcəklər. Ola bilsin ki, bu transferlər daha tez reallaşsaydı, "Neftçi" indi də Avropa Liqasında olardı. Onda ehtiyat oyunçu skamyamız kasad idi. İndi isə belə deyil. Ona görə də futbolçular rahat oynayırlar. Artıq əvəzetmələrimiz də var" (Sportnet.az).


Digər xəbərlər

Xəbər xətti