Bu yay Andre Qomes, Samuel Umtiti, Lukas Digne və Denis Suaresi heyətinə qatan "Barselona" daha bir futbolçu transfer etmək istəyir. Kataloniya klubu Pako Alkakeri hədəfə alıb.
"Barselona" "Valensiya"nın 22 yaşlı hücumçusu üçün 25 milyon avro təklif edir. Amma ortada başqa bir problem var. Belə ki, "Valensiya" bu futbolçunun müqaviləsinə 80 milyon avroluq bənd salıb. Yəni 2020-ci ilə qədər müqaviləsi olan Pakonu almaq istəyən klub 80 milyonu ödəməlidi. İndi "Barsa" "yarasalar"la 25 milyon avroya anlaşmağa çalışır.
Qeyd edək ki, Pako Alkaker "Valensiya"nın yetirməsidi. Hazırda "Transfermarkt" 22 yaşlı futbolçuya 25 milyon avro qiymət qoyub. Ötən mövsüm 46 rəsmi oyuna çıxan futbolçu 15 qol vurub.