Qriqorçuk: "Qalib gəlməli olduğumuz bir oyunda xal itirdik"

23:27 12 Avqust 2016

Azərbaycan Premyer Liqasının II turunda "Qəbələ” Mərdəkanda yerləşən "Dalğa Arena”da Bakının "İnter” klubunu qəbul edib.

Qarşılaşma 0-0 hesablı bərabərliklə başa çatıb. Oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib:

"Qalib gəlməli olduğumuz bir oyunda xal itirdik. Bu, bir-iki futbolçudan asılı deyil".

- Oyunu "Maribor”un məşqçisi də izləyirdi. Komandanın bu gün xal itirməsi bununla bağlı deyil ki?

- Əlbəttə ki, yox.

- “Qəbələ” sanki bu gün çox ağır oynayırdı...

- Rəqib çox güclü idi. İlk turda son çempiona qalib gəldilər. Bu oyundan nəticə çıxararaq, gələn qarşılaşmalara hazırlaşmalıyıq.

- Avrokuboklarda belə bu dərəcədə hirsli görünmürsüz. Bu, heyətdə azərbaycanlı oyunçuların daha çox olmasıyla bağlı deyil ki?

- Yəqin avrokuboklarda mənim hərəkətlərimi yaxşı izləməmisiz (gülür).

- Avropa Liqasındakı stadion dəyişikliyilə bağlı nə deyə bilərsiz?

- Dəfələrlə demişəm ki, 8-ci km stadionu mənə çox yaxşı təsir bağışlayır. Orda gözəl atmosfer olur. Ancaq ot örtüyü ilə bağlı bu addımı atmağa məcbur olduq. Bunun oyunumuza mənfi təsir edəcəyini düşünmürəm.

- Svanadze nəticənin qanunauyğun olduğunu dedi...

- Rəqibin fikrini müzakirə etməyəcəm. Mənim şəxsi fikrim bundan ibarətdi ki, biz bu oyunda qalib gəlməli idik.

- Penaltini yerinə yetirən Kvekveskiri uzun müddət "İnter”də çıxış edib. Penaltini başqa futbolçu yerinə yetirə bilməzdimi? Nəzərə alaq ki, "İnter"in futbolçuları Nikanı çox yaxşı tanıyır...

- Bunu mən də düşünmüşdüm. Ancaq bizdə penalti vuran futbolçular arasında meydanda yalnız Nika var idi. Əgər digər oyunçular olsaydı, penaltini başqasına həvalə edərdim.(qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti