Dino Ndlovu rəsmən "Qarabağ"da!

21:01 12 Avqust 2016

"Qarabağ" Dino Ndlovun transferini reallaşdırıb. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ" Cənubi Afrika millisinin üzvü olan, ötən mövsüm Cənubi Kipr çempionatında "Anartosis"in heyətində 16 qolla yarışın ən məhsuldar 2-ci futbolçusu olmuş Dino Ndlovunun keçidini rəsmiləşdirib. 26 yaşlı forvard karyerası ərzində ölkəsindən başqa İsrail çempionatında da top qovub. Son mövsüm "Anartosis"in heyətində ulduzu parlayan forvard bombardirliyi ilə yadda qalıb. Afrikalı hücumçu ilə 2 illik müqavilə imzalanıb. 


Qeyed edək ki, yeni transfer, Dino Ndlovu axşam məşqində komandaya təqdim olunub, daha sonra futbolçu çalışmalara start verib.


Digər xəbərlər

Xəbər xətti