"Kəpəz" Gəncəyə gedir

15:55 11 Avqust 2016

Azərbaycan Premyer Liqasının II turunda Gəncədə AZAL-ı qəbul edəcək “Kəpəz” bu oyunun hazırlığını Bakıda davam etdirir. 


Sportarena.az xəbər verir ki, “sarı-göylər”in matçdan bir gün öncəki məşqi isə Gəncədə keçiriləcək. Nizami yurdunun təmsilçisi avqustun 12-də şəhər stadionunda məşqə çıxacaq. Hazırlıq prosesi saat 17:00-da başlayacaq.

 

Qeyd edək ki, “Kəpəz” – AZAL görüşünün start fiti avqustun 13-də saat 17:00-da veriləcək.


Digər xəbərlər

Xəbər xətti