"Qarabağ" qələbə qazandı - YENİLƏNİB

20:55 11 Avqust 2016

Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək.


Sportarena.az xəbər verir ki, turun açılış matçında "Sumqayıt" doğma meydanda  "Qarabağ"ı qəbul edəcək.


İlk görüşdə "İnter"ə məğlub olan "Qarabağ" klubu bu matçda 3 xalı qazanaraq azarkeşlərini sevindirməyə çalışacaq. İki cəbhədə - Avropa Liqası və Premyer Liqada mübarizə aparan ağdamlılar bu matçın favoriti hesab olunsa da, ilk turda "Zirə"yə qalib gələn "Sumqayıt" da qələbə qazanmaq niyyətindədir.

Matç saat 19:00-da "Kapital Bank Arena"da start götürəcək.


11 avqust (cümə axşamı)

19:00. “Sumqayıt” – “Qarabağ” 0:2
Hakimlər:
Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Şaiq Həmidov
“Kapital Bank Arena”


Digər xəbərlər

Xəbər xətti