"Növbəti turun qarşılaşmasına adi qaydada hazırlaşırıq. Məşq prosesi həmişəki kimi davam edir. Komandada zədəli futbolçu yoxdur"
Bu sözləri Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının II turunda “Qəbələ” ilə oyun öncəsi klubun saytına deyib.
O, rəqibin yaxşı komanda olduğunu vurğulayıb:
"Bu faktı çoxdan təsdiqləyiblər. Onlar ötən il Avropa Liqasının qrup mərhələsində oynayıb, indi də bu uğuru yenidən təkrarlaya bilərlər. Biz rəqibimizə Avropa Liqasında uğurlar arzulayırıq. Öz oyunumuza gəlincə, bu komandanın necə oynadığını bilirik və həmin matça ciddi hazırlaşacağıq. Qarşılaşma həmişə olduğu kimi, çətin keçəcək. Bizim üçün bütün oyunlar ağır və çətin olur. Növbəti oyunda müsbət nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik”.