Bakının 8-ci km qəsəbə stadionurennovasiya işləri ilə əlaqədar bağlanılıb.
Bununla əlaqədar "Qəbələ” Avropa Liqasının pley-of mərhələsi matçını, "Neftçi” isə ölkə çempionatının oyunlarını digər stadionlarda keçirəcək.
Hər iki klubun nümayəndələri stadionun ot örtüyünə baxış keçirərək burada oyunların təşkilini məqsədəuyğun hesab etməyiblər.
"Qəbələ" və "Neftçi"nin yaydığı birgə açıqlamada deyilir ki, mövsüm ərzində fasiləsiz olaraq oyunların təşkil edildiyi stadionlar müəyyən vaxtlarda rennovasiya işləri üçün bağlanılır. Bəzi klublar mövsüm bitdikdən sonra ev oyunlarını keçirdikləri stadionlarda bu işləri həyata keçirməyə başlayıblar. "Bakcell Arena”da isə rennovasiya işlərinin aparılması "Qəbələ” və "Neftçi” klublarının Avropa Liqasında çıxışı səbəbindən mümkün olmayıb. Hava şəraitinin isti keçməsi stadionda rennovasiya işlərinin görülməsi zərurətini meydana çıxarıb.