Kipr klubu "Qarabağ"ın təklifini qəbul etdi - Dino Ndlovu Bakıya gəlir

18:38 10 Avqust 2016

Kiprin "Anortosis" klubu futbolçusu Dino Ndlovu "Qarabağ"a satmağa razılıq verib.


Sportarena.az xəbər verir ki, Cənubi Afrika Respublikasından olan futbolçu yaxın günlərdə Bakıya gələcək. "Qarabağ"ın 26 yaşlı hücumçu ilə iki illik   müqavilə imzalayacağı gözlənilir.


Məlumata görə bu keçid həftəsonunadək rəsmiləşəcək. "Qarabağ" futbolçu üçün Kipr klubuna 350 min avro ödəyəcək.


Qeyd edək  ki, D.Ndlovu ötən mövsüm  Kipr çempionatında  meydana çıxdığı 28 oyunda 16 qol vurub.


Digər xəbərlər

Xəbər xətti